Xəbər lenti

İlkin Süleymanovun apellyasiya şikayəti təmin olunmadı
Ölkə 21:46 23.01.2020

İlkin Süleymanovun apellyasiya şikayəti təmin olunmadı

10 yaşlı Nərmin Quliyevanı öldürməkdə ittiham olunan İlkin Süleymanovun həbsdən azad edilməsilə bağlı redaksiyamıza məlumat daxil olub.

Ölkə.az-ın əməkdaşı daxil olan xəbərlə bağlı İlkin Süleymanovun qardaşı Adil Süleymanovla əlaqə saxlayıb. O bildirib ki, qardaşının apellyasiya şikayəti əsasında Sabunçu Rayon Məhkəməsində iclas keçirilib. Onun azadlığa buraxılmasıyla bağlı vəsatət isə təmin edilməyib.

Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızı 2019-cu il noyabrın 21-də itkin düşüb. Yanvarın 6-da azyaşlının Dondar Quşçu kəndi ərazisində yanmış meyiti aşkar edilib.
 
Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İ.Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->