"SpaceX", "Tesla" şirkətlərinin qurucusu İlon Mask pedofiliya ittihamına görə məhkəmə qarşısına çıxacaq.
Qaynarinfo xəbər verir ki, amerikalı mühəndis Taylandda mağaradan çıxa bilməyən yeniyetmə futbolçuların xilasında iştirak etmiş ingilis dalğıc Vernon Unsvorza qarşı pedofiliya ittihamı irəli sürmüşdü. Mask "Twitter" hesabında Unsvorzu pedofil olmaqda ittiham etmiş, lakin daha sonra bu postu silərək üzr istəmişdi.
Dalğıc Los Ancelesdə məhkəməyə müraciət edərək İlon Maskdan 75 min dollar təzminat tələb edir. Məhkəmə 22 oktyabra təyin edilib.
Gülşən
Şərhlər