Dünya 12:05 21.10.2021

İlon Mask “SpaceX” sayəsində dünyanın ilk trilyoneri ola bilər

Amerikalı Tesla Inc.-in qurucusu İlon Mask "Tesla” elektrikli avtomobillərinin deyil, SpaceX sayəsində dünyanın ilk trilyoneri ola bilər.

Qaynarinfo xəbər verir ki, bu sözləri "Morgan Stanley”nin analitiki Adam Conas deyib.

Conasın fikrincə, məhz 200 milyard dollar olaraq qiymətləndirilən "kosmik" biznesi Maskın sərvətini 1 trilyon dollara çatdıracaq platforma olacaq.

Əvvəllər mütəxəssislər Maskın trilyoner olacağı təqdirdə bunun Tesla sayəsində olacağını irəli sürmüşdülər. Bu şirkət sayəsində Mask Amazon.com-un qurucusu Ceff Bezosu keçərək artıq ilin əvvəlində dünyanın ən zəngin adamı olub.
 
Alpər