Xəbər lenti

İlqar Məmmədov: "Bu ucuz hərəkətlərinizi buraxın!"
Siyasət 23:04 04.03.2013

İlqar Məmmədov: "Bu ucuz hərəkətlərinizi buraxın!"


REAL Hərəkatının prezidentliyə namizəd elan etdiyi, hazırda Kürdəxanı təcridxanasında həbsdə olan İlqar Məmmədov həbsxanadan mesaj yollayıb.

Qaynar.info-nun verdiyi xəbərə görə, hərəkatın Facebook səhifəsində paylaşılan statusda deyilir:

"İlk növbədə hakimiyyətin məni həbs etmək kimi əttökən hərəkətinə qəribə də olsa təşəkkürümü bildirirəm: nə vaxtdır arıqlamaq istəyirdim, alınmırdı. Bu ay ərzində isə rahatca bir neçə kilo verdim:) Lakin hakimiyyətin heç də hər əttökənliyinə bəraət qazandırmıram. Kamerada yanıma hüquq mühafizə nazirliklərdən birinin əməkdaşını, qüya, dustaq qismində oturdub beynimi doldururlar. Əvvəlcə mənə özümü tibbi hissəyə keçirməyə məsləhət gördü ki, "orada şərait əladır". Sonra başladı ki, "bəlkə peşmançılıq ərizəsi yazasan buraxarlar səni". Görəndə ki, bu da işləmir, başladı xaricə köçməyimin təşviqatını aparmağa. Bunu rədd etdiyimi görəndə, tibb hissəsinin təbliğatını yenidən başladı:) Ey hakimiyyət, tibb hissəsinə müraciət etməyəcəyəm, sağlamam. Xaricə də köçməyəcəyəm. Bu ucuz hərəkətlərinizi isə buraxın!"

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->