Xəbər lenti

İlqar Məmmədovun həbs müddəti uzadıldı
Siyasət 16:41 15.05.2013

İlqar Məmmədovun həbs müddəti uzadıldı

“REAL” hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun  barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Bu barədə APA-ya vəkil Cavad Cavadlı məlumat verib. C. Cavadlı Nəsimi Rayon Məhkəməsində istintaq orqanın İ. Məmmədovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı verdiyi vəsatətə baxıldığını və təmin olunduğunu bildirib. Qərara əsasən, İ. Məmmədovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və “REAL” hərəkatının sədri İlqar Məmmədova qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->