Yaponiyanın 126-cı İmperatoru Naruhito ilk dəfə xalqın qarşısına çıxıb.
Qaynarinfo xəbər verir ki, Naruhito və həyat yoldaşı Masako Tokioda İmperator Sarayından səfərə başlayıb və 5 km məsafə qət edərək xalqı salamlayıb. Keçid mərasimində təxminən 100 min nəfər iştirak edib.
Qeyd edək ki, 125-ci İmperator Akihito may ayında sağlamlıq səbəbilə taxt-tacı oğlu Naruhitoya təhvil verib. O, 22 oktyabrda təşkil edilən mərasimlə taxta çıxıb.
Akihitonun taxtdan getməsi "Heisei" (Hər yerdə sülh) dövrünün sonu, Naruhitonun imperator elan edilməsi isə "Reiwa" (Gözəl harmoniya) dövrünün başlanğıcı hesab edilir.
Gülşən
Şərhlər