Siyasət 11:55 18.10.2020

İmran Xan: “Ərazi bütövlüyünü qoruyan Azərbaycan ordusuna sayğı duyuruq”

Pakistanın baş naziri İmran Xan Azərbaycanı 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib.

Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin baş naziri tvitterdə paylaşım edib.

"Müstəqillik günündə İlham Əliyev və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Biz ərazi bütövlüyünü mərdliklə qoruyan Azərbaycan Silahlı Qüvvələrinə sayğı duyuruq. Pakistan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə uyğun olaraq nizamlanmasında Azərbaycanla həmrəydir”, - o yazıb.