Çin hökuməti "xəbərçilik" edənləri mükafatlandıracaq.
Qaynarinfo xəbər verir ki, qeyri-qanuni məlumatları paylaşan saytlar barədə polisə xəbər verən şəxslər üçün nəzərdə tutulan mükafat məbləği artırılır. 1 dekabrdan qüvvəyə minəcək qanuna görə, mükafat məbləği 2 dəfə artaraq 86 min 500 dollara çatdırılacaq. Qanunsuz məlumatlar siyahısına dövlət sirrləri, milli təhlükəsizliyə zərər verəcək informasiyalar, pornoqrafik məzmunlu foto və videolar daxildir.
Ötən həftə belə informasiyalar paylaşan 9800 hesab silinib.
Gülşən
Şərhlər