Çin koronavirusa nə vaxt qalib gələcək? (AÇIQLAMA)

Çin koronavirusa nə vaxt qalib gələcək? (AÇIQLAMA)

"Çin hökuməti bu il mart ayının sonunadək ölkə ərazisində koronavirusu dəf edəcək".

Qaynarinfo xəbər verir ki, bunu Çinin Rusiyadakı səfiri Janq Hanhui deyib.

O bu virusa tam qələbə çala biləcəklərini bildirib.
 
"Həm də Hubey əyalətində, başqa bölgələrdə elə bu ay qalib gələ bilərik. Epidemiya ocağında isə ola bilsin, gələn ay ərzində virusu tamamilə məhv edəcəyik”.

İndiyədək 18 mindən çox xəstənin sağalaraq xəstəxanalardan buraxıldığını, bir sıra əyalət və bölgələrdə 10 gündən artıqdır yeni yoluxma hallarının qeydə alınmadığını diqqətə çatdıran diplomat koronavirusun ocağı Hubey əyalətində ölüm hallarının 2 faiz, ölkəboyu isə 0,55 faiz olduğunu deyib.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR