Dünya 15:04 29.06.2020

Çin milli azlıqlara qarşı doğum nəzarət proqramını genişləndirdi

Çin hökumətinin müsəlman əhalinin sayını nəzarət altında saxlamaq üçün uyğur türkləri və digər milli azlıqlara tətbiq olunan doğum nəzarət proqramını genişləndirdiyi ortaya çıxıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Assoşeyted Press nəşri hökumət statistikalarına əsasən araşdırma aparıb. Proqramın artıq daha geniş və sistemli şəkildə həyata keçirildiyi qeyd olunur.

Rədqiqatı aparan mütəxəssislər isə Sincan əyalətinin qərb bölgəərində 4 ildir davam edən bu vəziyyəti "demoqrafik soyqırımı" kimi dəyərləndirirlər.

Dövlət uzun müddətdir digər millətlərdən olan qadınları davamlı olaraq hamiləliyi nəzarətdə saxlamağa məcbur edir və yüz minlərlə qadın ya aborta, ya da digər məhdudlaşdırıcı tədbirlərə tabe edilir.

"3-dən çox uşağınız varsa və böyük miqdarda pul cəzası ödəyə bilmirsinizsə, uşaqlarınız sizdən alınır", - deyə AP yazır.

Hətta uyğur türklərinin yaşadığı bölgələrdə 3 uşağınız belə varsa czalandırılırsınız. Polisin qorxutma metodu, evlərə basqın təşkil etmələri və guya evdə gizlədilən uşaqların axtarılması da milli azlıqlara qarşı tətbiq edilən sərt siyasətin tərkib hissəsidir.

Çində doğulan əslən qazax Gülnar Omirzax üçüncü uşağını dünyaya gətirdikdən sonra hökumət tərəfindən spiral və ya uşaqlıq daxilinə digər əngəlləyici vasitə taxmaq barədə göstəriş verildiyini deyib. Hadisədən iki sonra 2018-ci ildə isə hərbi geyimli 4 dövlət rəsmisi qapılarını döyərək göyərti satıcısı olan həyat yoldaşını tutublar. Daha sonra Omirzaxa ikidən çox uşağı olduğu üçün 2,685 dollar pul cəzası ödəməsi üçün 3 gün vaxt verilib.

"İnsanların uşaq sahibi olmalarının qarşısını almaq yanlış. Bizi yox etmək istəyirlər", - deyə Omirzax bildirib.

Hökumət statistikalarına görə, Uyğur bölgəsində bu tədbirlər sayəsində 2015-2018-ci illərdə doğum nisbəti 60 faiz aşağı salınıb. Araşdırmada qeyd olunur ki, qeydiyyata götürülməyən abortlar nəzərə alınmasa, 2014-cü ildə Sincanda 200 mindən çox qadına spiral taxılıb. 
 
Camal