Çin varlı insanların sayına görə ilk dəfə olaraq ABŞ-ı qabaqlayıb.
Qaynarinfo "Credit Suisse” bankının hesabatına istinadən xəbər verir ki, dünyanın nisbətən varlı 10 faiz insanı arasında Çin vətəndaşlarının sayı 100 milyon nəfərə çatır. ABŞ-da bu göstərici 99 milyon nəfərdir.
Əvəzində milyonerlərin sayına görə ABŞ liderliyini qoruyub. Son 10 ildə ABŞ-da sərvəti milyon dolları ötən insanların sayı 7,4 milyondan 18,6 milyon nəfərə çatıb. Çində isə bu göstərici daha çox artıb – 38 mindən 4,4 milyon nəfərədək.
AB, və Çin arasında ticarət müharibəsinə baxmayaraq, hər iki tərəf xeyli var-dövlət toplayıb – müvafiq olaraq 3,8 trilyon və 1,9 trilyon dollar.
Məlumata əsasən, dünyada 46,8 milyon nəfər dollar milyonçusu var. Onların əllərində cəmlənən vəsait və aktivlərin ümumi məbləği isə 158,3 trilyon dollardır.
Şərhlər