Siyasət 12:33 05.06.2020

Çin və İran hakerləri Tramp və Baydenin seçki qərargahlarına hücum etdi

Müvafiq hökumətləri ilə əlaqəli Çin və İran hakerləri ABŞ prezidenti Donald Tramp və rəqibi, keçmiş vitse-prezident Co Baydenin təşviqat qərargahına hücum etmək üçün uğursuz cəhdlər edib.

Qaynarinfo xəbər verir ki, Google təhlükələrə qarşı analiz qrupunun sözçüsü Şane Huntleyin Tvitterdə verdiyi məlumata görə, Çindən bir hücum qrupunun Baydenin təşviqat qərargahını və İranın Trampın qərargahına yönəlmiş kiberhücumu müəyyən edilib. Google nümayəndəsinin sözlərinə görə, hücumlar fişinq istifadə edərək həyata keçirilib.

Bayden kampaniyasının sözçüsü "The Hill”ə hadisədən xəbərdar olduqlarını deyib. Tramp kampaniyasının sözçüsü də qərargaha hücum cəhdlərinin olduğunu iddia edib.
 
Alpər