Dünya 12:14 24.01.2020

Çində 10 şəhərin ictimai nəqliyyatının hərəkəti donduruldu – Virus xofu

Çində Hubei əyalətinin on şəhərində yeni koronavirusun yayılması təhlükəsi üzündən ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Qaynarinfo xəbər verir ki, bu haqda "The Guardian" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Xatıladaq ki, naməlum bir koronavirusun səbəb olduğu viral pnevmoniyanın yayılması dekabr ayında Vuhan şəhərindən başlayıb. Son məlumatlara görə, 26 nəfər viral pnevmoniyanın qurbanı olub, ölkədə 800-dən çox yoluxma halı qeydə alınıb. Həkimlər daha 177 nəfərin vəziyyətini ağır kimi qiymətləndirirlər. Həkimlərin aşkarladığı kimi, yeni virus hava damcıları ilə ötürülür.