Çinin Uhan şəhərində koronavirusa yoluxan və 2 aylıq müalicə prosesinin ardınca sağalan iki həkimdin dəri rəngi dəyişib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, çinli mütəxəssislər rəng dəyişimini koronavirusun qara ciyərə ziyan vurması ilə əlaqələndirirlər.
"Huşum yerinə gələndə və vəziyyətimi öyrənəndə qorxdum. Tez-tez kabuslar görürdüm", - deyə həkimlərdən biri söyləyib.
Mütəxəssis Sonq Xianxin qaraciyərdə yığılmalı olan dəmirin orqanlar düzgün işləmədiyi üçün damarlara dolduğunu və bu səbəbdən dərinin rənginin dəyişdiyini bildirib.
Uroloq Li Şuşenq isə həkimlərin dəri rənginin zamanla əvvəlki vəziyyətinə qayıdacağını deyib.
Yale Universitetinin kardioloqu Harlan Krumholz isə Kovid-19-un sadəcə tənəffüs yolu xəstəliyi olmadığını, bunun digər orqanları da sıradan çıxardığını deyib.
Camal
Şərhlər