Dünya 19:17 19.09.2021

Çində qəza nəticəsində ölənlərin sayı artdı

Çinin Canke çayında sərnişin gəmisinin aşması nəticəsində ölənlərin sayı artaraq 10-a yüksəlib.

Qaynarinfo xəbər verir ki, itkin düşən 5 nəfərin axtarışları davam edir.

Bildirilir ki, xilasedicilər 39 nəfəri çaydan çıxararaq onları ailələrinə təhvil verib.

Daha 8 nəfərinin həyatını xilas etmək mümkün olmayıb. Bununla da ölənlərin sayı 10-a çatıb.

Rəsmilər qəza vaxtı gəmidə dəqiq neçə nəfərin olduğunu müəyyən edə bilməyib. Hazırda bununla bağlı araşdırma davam edir.

Qeyd edək ki, dünən Canke çayında sərnişin gəmisi aşıb. Qəzaya səbəb gəminin icazə verilən həddən çox sərnişin götürməsi olub.

Xəyal Abdullayev