Mərkəzi Seçki Komissiyasına (MSK) 2018-ci il üzrə maliyyə hesabatını təqdim edən siyasi partiyaların sayı məlum olub.
Qaynarinfo "Report”a istinadən xəbər verir ki, bu ilin əvvəlindən indiyədək 4 siyasi partiya illik maliyyə hesabatını MSK-ya təqdim edib.
Bunlar hakim Yeni Azərbaycan Partiyası (YAP), Azərbaycan Xalq Demokratik Partiyası, "Birlik” Partiyası və Azərbaycan Naminə Alyans Partiyasıdır.
Qeyd edək ki, MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.
Şərhlər