Dünya 13:27 08.09.2022

İndoneziya G20-də Zelenski ilə Putini görüşdürməyə hazırdır

İndoneziya G20 sammiti çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putin arasında görüş təşkil etməyə hazırdır.

Qaynarinfo xəbər verir ki, RBC-Ukrayna Rusiyanın RİA Novosti nəşrinə müsahibəsinə istinadən məlumat verir ki, bunu İndoneziyanın Rusiyadakı səfiri Xose Tavares deyib.

"Bu, əla olardı - platforma var. Əgər onlar bu platformadan istifadə etsələr, əla olardı və İndoneziya bu məsələdə yardım etməyə hazırdır", - səfir bildirib.

Eyni zamanda o əlavə edib ki, İndoneziya bundan əvvəl aparılan danışıqlarda Türkiyənin səylərini dəstəkləyir.

"Ümid edirik ki, əgər onlar Balidə G20 sammitinin keçirildiyi məkandan öz görüşləri üçün istifadə etmək istəyirlərsə, niyə də olmasın? Bu, əla fürsətdir", - səfir əlavə edib.

Nizami Bağırov