İndoneziyada törədilən terrorda ölənlərin və yaralananların sayı artıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Surabana şəhərinin polis idarəsinin sözçüsü Frans Barunq ölənlərin sayının 9-a çatdığını, yaralıların isə 40 nəfər olduğunu bildirib.
Hələlik heç bir terror təşkilatı məsuliyyəti öz üzərinə götürməyib.
****
İndoneziyanın Surabana şəhərində 3 kilsədə terakt törədilib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, hadisə yerli vaxtla 07:30-da baş ver verib. Bombalı hücum zamanı 2 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Partlayışların eyni vaxtda gerçəkləşdirilmədiyi bildirən polis hadisə ilə bağlı ətraflı açıqlama verməyib.
Hücumu kimlərin təşkil etdiyi hələlik məlum deyil.
Şərhlər