İndoneziyanın Yava adasında güclü zəlzələ baş verib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Milli Təbii Fəlakətlə Mübarizə İdarəsinin sözçüsü Sutopo Purvo Nuqroho 7,3 bal gücündəki zəlzələ nəticəsində Kiamis bölgəsində 62 yaşlı şəxsin öldüyünü açıqlayıb. İlkin məlumatlarda 5 nəfərin yaralandığı deyilir, lakin digər ərazilərdə də ölən və yaralananların olması istisna edilmir.
İndoneziya Meteorologiya İqlim və Geofizika Agentliyi zəlzələnin Tasikmalaya ərazisinin 43 km cənub-qərbində 105 km dərinlikdə baş verdiyini deyib və zəlzələnin gücü 7,3 bal göstərilib. ABŞ Geoloji Araşdırmalar Mərkəzi isə zəlzələnin 6,5 bal gücündə olduğunu açıqlayıb.
Gülşən
Şərhlər