Xəbər lenti

İndoneziyada meşə sahələrini yandıranlar belə cəzalandırılacaq
Dünya 18:51 06.08.2017

İndoneziyada meşə sahələrini yandıranlar belə cəzalandırılacaq

İndoneziyanın Sumatra adasındakı Cambi əyalətində meşə sahələrinə nəzarət edən qurumun rəhbəri Kolonel Refrizal meşələri yandıran şəxlərin vurulması barədə əmr verdiklərini bildirib.

"Qaynarinfo" xarici KİV-ə istinadən xəbər verir ki, Refrizal bu əmrlə yanğın çıxaranlar üçün cəzanın ciddiyyətini göstərməyə çalışdıqlarını ifadə edib.

İndoneziyadakı meşa yanğınları səbəbindən 10 hektar sahəyə ziyan dəydiyi və meşənin yaxınlığında sahibi tərəfindən yandırılan bir ərazinin aşkara çıxarıldığı bildirilib.

Həmçinin, Cənubi Sumatrada da buna bənzər qərar çıxarılıb.

Qeyd edək ki, İndoneziyada meşə yanğınları 1990-cı illərin ortalarından bu yana ciddi bir problemə çevrilib. 2015-ci ildə Sumatrada 52 min, Kalimantan əyalətində isə 138 min hektarlıq meşə sahəsi kül olub. Rəsmilər bunun 1977-ci ildən sonra ən böyük yanğın olduğunu qeyd ediblər.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->