Video 10:30 18.01.2021

İndoneziyada zəlzələdə ölənlərin sayı 100-ə çatır (VİDEO)

Ötən həftə İndoneziyanın Qərbi Sulavesi və Cənubi Kalimantan vilayətlərində baş verən zəlzələ və daşqınlar nəticəsində ən azı 96 nəfər ölüb. 

Qaynarinfo xəbər verir ki, bu barədə İndoneziya Milli Fəbii Fəlakətlərlə Mübarizə Agentliyinin nümayəndəsinə istinadən Sinxua xəbər agentliyi məlumat yayıb.

Qeyd edək ki, Qərbi Sulavesi əyalətində cümə axşamı və cümə günləri 6.2 bal gücündə zəlzələ və 5.9 bal gücündə təkanlar nəticəsində 81 nəfər ölüb.
 
Agentliyin sözçüsü Raditya Jati bildirib ki, 14 yanvarda leysan yağışların yaratdığı daşqınlar nəticəsində Cənubi Kalimantan vilayətində 15 sakin həyatını itirib.
 
Alpər