Xəbər lenti

Foto 18:50 13.12.2017

Çinə qaçırılaraq satılan koreyalı qadının etirafları (FOTOLAR)

Böyük qıtlıq dövründə iş adı ilə Çinə gətirilən və pul qarşılığında satılan Şimali Koreyalı qadınlar yaşadıqları dəhşətlər barədə danışıblar.

Qaynarinfo xəbər verir ki, "Associated Press" Çinə satılan qadınların yaşadıqları çətinlikləri dünyaya çatdırıb. Tək uşaq siyasəti aparılan Çində qız uşaqları abort edilir və bu, ölkədə qadın azlığına səbəb olur. Şimali Koreyalı qadınlar isə pul qarşılığında çinli kişilərə satılır. 

Çində yerləşən kənddə 11 ildir fiziki məhdudiyyətli həyat yoldaşı ilə yaşayan S.Y adlı qadın təxminən 15 min Yuan (təxminən 4 min manat) pul qarşılığında satıldığını, Çin höküməti tərəfindən deportasiya edilməkdən, Şimali Koreyada işgəncəyə məruz qalmaqdan qorxduğunu bildirir.
 
S.Y hazırda Çində qeyri-qanuni şəkildə yaşayır. O qeyd edir ki, Şimali Koreyada uşaqlarını tərk etmək məcburiyyətində qalıb və Çində övladı olmamışdan əvvəl intihara cəhd edib.
 
"İlk vaxtlar çox içirdim, çünki uşaqlarım barədə çox narahat idim. Həyat yoldaşım mənə yaxşı davranır, lakin hamı mənim kimi şanslı deyil" deyən qadın Şimali Koreyadan buraya gələn və satılan insanların ölkəyə geri qaytarılmaq ehtimalına görə hər cür haqsızlıq və ədalətsizliyə dözdüklərini dilə gətirib. Qadınlar işgəncəyə məruz qalanda, intihar edəndə belə heç kimin xəbəri olmur.

Bu xəbərə Çin rəsmiləri hələlik heç bir cavab verməyib. Xarici İşlər Nazirliyinin qadın nümayəndəsi isə qadın və uşaq alveri ilə mübarizə apardıqlarını və nəticə əldə etdiklərini deyib.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->