Qarın nahiyyəsində şişkinlik ürək çatışmazlığının xəbərçisi ola bilər.
Qaynarinfo xəbər verir ki, bu haqda həkimlərin məlumatlarına istinadən İngilis "Express” nəşri yazıb.
Mütəxəssislərin fikrincə, belə bir təhlükəli vəziyyət ürək əzələsinin qanı bütün bədənə təsirli şəkildə ötürə bilməməsi ilə xarakterizə olunur ki, bu da nəticədə ölümə belə səbəb ola bilər.
Bununla birlikdə, ürək çatışmazlığı simptomlarına sakit vaxtda nəfəs darlığı, yorğunluq, ayaqların şişməsi və xüsusilə gecə saatlarında davamlı öskürək də daxil ola bilər. Bu təhlükəli vəziyyətin əlamətləri arasında depressiya, başgicəllənmə, huşunu itirmə, iştahsızlıq və çəkidə ani dəyişikliklər də var.
Alpər
Şərhlər