İngilis nəşrindən diqqətçəkən Ərdoğan şərhi: Baydenə işarə verdi

İngilis nəşrindən diqqətçəkən Ərdoğan şərhi: Baydenə işarə verdi

İngiltərənin məşhur "Sunday Times" qəzeti ABŞ prezidentliyi uğrunda mübarizədə qələbə qazanan Co Baydenin bir sıra ölkələrlə münasibətləri fərqli məcraya yönəldəcəyini yazıb.

Qaynarinfo Teleqraf-a istinadən xəbər verir ki, nəşrin Vaşinqtonun Ankara, xüsusilə Baydenin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla münasibətlərdə yeni səhifə açılacağına dair iddiaları diqqət çəkib.

"Sunday Times" qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın Trampla qarışıq əlaqələri olub.

Qəzet ABŞ-ın PKK-ya dəstək verməsinə toxunub, həmçinin Baydenin qələbəsini elan etdikdən sonra səssizlik olduğu vurğulayıb: "Lakin 4 gün sonra Ərdoğan demokrat namizədi qələbə münasibətilə təbrik etdi. Daha sonra Türkiyə iqtisadiyyatında və məhkəmə sistemində yeni bir islahatlar dönəminə girəcəyini açıqladı. Bu həmlələr adətən xarici investorlara yönəlik inam kimi xarakterizə edilsə də, eyni zamanda Baydenə qarşı uzlaşmaya işarə idi". 
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR