Dünya 16:18 21.09.2020

İngilislərin koronavirus əleyhinə peyvəndi bu tarixdə hazır olacaq

İngiltərədə təsirli koronavirus peyvəndi 2021-ci ilin yazında hazır ola bilər.

Qaynarinfo xəbər verir ki, bu haqda məlumatı "The Times” İngiltərənin Baş naziri Boris Consonun elmi məsləhətçilərinə istinad edərək yayıb.

Qeyd edək ki, İngiltərə peyvəndi dünyadakı ən ümidverici peyvəndlərdən biri hesab olunsa da, bir xəstəyə dərmanın ikinci dozasından sonra transvers miyelit diaqnozu qoyulduqdan sonra sınaqları dayandırılmışdı. 

Mütəxəssislər, sümük iliyində nadir görülən iltihablı bir xəstəliyin çətin ki, peyvəndin yan təsiri ola biləcəyini bilsdirsə də, daha sonra mətbuatda testlərin dayandırılmasının səbəbi kimi məhz bu iltihabın peyvəndin yan təsirinin olması versiyası müzakirə edilib.
 
Alpər