Dünya 18:37 05.05.2021

Çinin idarəsini itirmiş ağır raketi Yerə düşə bilər: Bəs hara? – CNN

Çinin buraxıldıqdan sonra nəzarətdən çıxan Long March 5B ağır raket daşıyıcısı Yerə düşə bilər. 

Qaynarinfo xəbər verir ki, onun onun atmosferdə görünməsi ehtimalı haqda məlumatı CNN Pentaqon sözçüsü Mayk Hovarda istinadən verib. 

Onun sözlərinə görə, bu, təxminən 8 mayda baş verə bilər. Hovard Çin raketinin düşəcəyi yeri dəqiq söyləməkdə çətinlik çəkib və obyektin sürətinə görə onu yalnız bir neçə saat əvvəl təyin etmək mümkün olacağını qeyd edib.

Öz növbəsində Harvard Universitetinin Astrofizika Mərkəzinin alimi Conatan Makdovel saatda təxminən 18 min mil (təxminən 29 min kilometr. – Qaynarinfo.) sürətlə hərəkət edən raketin 8-10 may tarixlərində Yerə düşə biləcəyini bildirib. 
 
Alpər