Xəbər lenti

İnsan alveri ilə məşğul olan azərbaycanlı qadın Türkiyədə tutuldu
Ölkə 11:38 20.03.2018

İnsan alveri ilə məşğul olan azərbaycanlı qadın Türkiyədə tutuldu

Türkiyənin Dənizli şəhərində Ukrayna Baş Prokurorluğunun müraciəti əsasında Azərbaycan vətəndaşı həbs olunub. 

Qaynarinfo xəbər verir ki, Report-un əldə etdiyi məlumata əsasən, 1980-cı il təvəllüdlü Əminə Məmmədova insan alverində ittiham olunaraq saxlanılıb.

Onun barəsində Kiyev şəhər Peçerskiy rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Ə.Məmmədova Ukraynadan bir çox qadınları Türkiyə və ərəb ölkələrinə apararaq cinsi istismara məruz qoymaqda ittiham olunur.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->