Xəbər lenti

Canlıların 1%-ni təşkil edən insanlar heyvanların 83%-ni, bitkilərin isə yarısını məhv ediblər
Dünya 14:36 23.05.2018

Canlıların 1%-ni təşkil edən insanlar heyvanların 83%-ni, bitkilərin isə yarısını məhv ediblər

Hazırda dünyada 7,6 milyard insan yaşayır.

Qaynarinfo xəbər verir ki, bu rəqəm dünyada mövcud olan canlı aləmin sadəcə 0,01%-ni təşkil edir. "National Academy of Sciences" jurnalında dərc olunan tədqiqata görə, dünyada insan sayının belə kiçik olmasına baxmayaraq bu canlılar heyvanların 83%, bitki aləminin isə yarısının yox olmasına səbəb olub.
 
Bakteriyalar dünyadakı biokütlənin 13%, bitkilər 82%, həşəratlar, göbələklər, balıq və digər canlılar isə 5%-ni təşkil edir. Okeandakı həyat isə canlıların sadəcə 1%-nə bərabərdir. 

Məməli canlıların 36%-ini insanlar, 4%-ni isə heyvanlar təşkil edir. 

Bəzi alimlər Yerdəki bu mərhələni "İnsan dövrü" adlandırırlar, bu səbəbdən insanın təbiətə təsiri böyükdür. Qida seçimlərimiz heyvan və bitki aləminə böyük təsir göstərən amillərdən hesab edilir.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->