“Azərbaycnada internetin qiyməti azladıla bilər. Hazırda İnternet qiymətlərinin azaldılması məsələsinə baxılır”.
ANS PRESS-in məlumatına görə, bu sözləri Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə jurnalistlərə verdiyi müsahibəsində deyib. Onun sözlərinə görə, nazirlik məsələ ilə bağlı ciddi işlər görür:
“Dəfələrlə qeyd etmişik ki, İKT konsepsiaysı çərçivəsində internetin qiymətlərinə baxılır. Həm provayderlərlə, həm də operatorlarla müzakirələr aparılır. Bizim internet şirkətləri bu məsələyə cəlb edilib. Müəyyən təkliflər hazırlanır və yaxın müddətdə məsələ ilə bağlı bəyanat veriləcək”, - deyə E.Vəlizad bildirib.
Qaynar.info
Şərhlər