"Hazırda Azərbaycanda internetin sürəti və əhatəliyi təhsilin əlçatanlığına tam şəkildə imkan vermir”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, pandemiya dövründə istər tədrisin təşkili, istərsə də digər xidmətlər elektron resurslar vasitəsi ilə həyata keçirilir:
"Ən vacib məqamlardan biri tədrisin təşkili zamanı sürətli internetin olmasıdır. 2020-ci il mart ayından etibarən ölkədə pandemiya səbəbindən istər təhsil alanlar, istərsə də təhsil verənlər internerin sürətindən prosesdən tam faydalana bilmədilər. Digər tərəfdən internetin sürəti tədrisin təşkilinə mane olmadı, eyni zamanda müəyyən proqramların yüklənməsi, dərsliklərin hazırlanması zamanı sürətli internetə ehtiyac vardı. Artıq dünya 5G və kifayət qədər sürətli internetə keçib, Yaponiyada sürətli internet tətbiq edilib. Bütün bunların hər biri imkan verir ki, gələcəkdə tədrisin onlayın qaydada keyfiyətli keçməsi imkanları olsun”.
Ekspert hesab edir ki, Azərbaycanda bu sahədə ciddi işlər aparılmalıdır:
"Birinci, görülməli iş informasiya texnologiyalarımız institutu və bu tipli mərkəzlər tərəfindən internet resurslarından faydalı istifadə, elektron dərsliklər kimi məsələlərin öz əksini tapması, ikinci, Azərbaycanda onlayın tədrisin qanunvericilik bazasının formalaşmasıdır. Çünki Azərbaycanda distant təhsil hüququ baxımından tanınmır və hesab edirəm ki, biz birmənalı şəkildə bunu tətbiq etməliyik. Bu gün Azərbaycan dünya ölkələri arasında internet sürətinə görə 66-cı yerdədir. Amma Yaponiyada kifayət qədər sürətli, Azərbaycandakından 200 dəfə çox sürətli internet var”.
Kamran Əsədovun fikrincə, onlayn dünyaya keçdiyimiz dövrdə biz mütləq şəkildə internetin sürətini artırmalıyıq:
"Digər tərəfdən bölgələrin internetlə təminatı ürək açan deyil. Regionlarda internetə çıxış imkanları çox aşağıdır. Bölgələr daha çox mobil operatorların verdiyi internetdən istifadə edirlər. Biz bölgələrdə tam internetləşməni həyata keçirsək, istəlinən dövr və şəraitdə tədrisi onlayın rejimdə təşkil edə bilərik”.
Bahar Rüstəmli
Şərhlər