iPhone 12 Pro Max-ın qiyməti açıqlandı

iPhone 12 Pro Max-ın qiyməti açıqlandı

"Apple"ın baza qiyməti 1099 dollardan başlayan iPhone 12 Pro Max telefonunun maya dəyəri açıqlanıb. 

Qaynarinfo Türkiyə KİV-nə istinadən xəbər verir ki, Azərbaycanda 3599,99 manatdan başlayan qiymətlə satışa çıxarılan smartfonun maya dəyərinin təxminən 747 manat olduğu açıqlanıb.  Telefonun detallarının qiyməti ayrı-ayrılıqda hesablandıqdan sonra məlum olub ki, smartfon əvvəlki seriyaya nisbətən daha ucuzdur. 

Əlavə məlumat üçün qeyd edək ki, 999 dollar baza qiymətin sahib iPhone 12 Pro-nun maya dəyərinin 406 dollar olduğu vurğulanıb.  Bu rəqəmləri Azərbaycan bazarına inteqrasiya etdikdə isə satış qiymətinin 2999,99, maya dəyərinin 689 manat olduğu ortaya çıxır.  Bu məlumatlardan yola çıxsaq, bu il Apple-a ən çox pul qazandıran modelin iPhone 12 Pro Max olacağını demək mümkündür. 
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR