Dünya 21:45 27.11.2021

İran bu ölkələrə qadağa qoydu

İran COVID-19-un yeni ştamı "Omicron”a görə altı Afrika ölkəsinə səyahət məhdudiyyətləri tətbiq edib.

Qaynarinfo xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin Yoluxucu Xəstəliklərlə Mübarizə Mərkəzinin rəhbəri Məhəmməd Mehdi Quya bildirib.

Qeyd olunub ki, İran Cənubi Afrika Respublikası, Botsvana, Zimbabve, Lesoto, Namibiya və Esvatiniyə səyahət qadağası tətbiq edib.

Bu ölkələrdən heç bir sərnişin qəbul edilməyəcək.