Xəbər lenti

İran-Əfqanıstan sərhədində atışma: Müharibə ehtimalı nə qədərdir? (ŞƏRH)
Dünya 18:24 02.12.2021

İran-Əfqanıstan sərhədində atışma: Müharibə ehtimalı nə qədərdir? (ŞƏRH)

"İran-Əfqanıstan sərhədində baş verən olay "Taliban” hökumətilə Tehran arasında müharibəyə gətirib çıxarmayacaq”. 

Bunu Qaynarinfo-ya açıqlamasında Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan İran sərhədçiləriylə "Taliban” qüvvələri arasında sərhəddə baş verən atışmanı şərh edərkən deyib:

"Taliban”ın əvvəlki hakimiyyəti dövründə İranla münasibəti son dərəcədə gərgin olub. Həmin vaxt "Taliban” Məzari-Şərif şəhərindəki İran konsulluğunu dağıdaraq, diplomatları öldürdü. Amma "Taliban”ın ikinci dəfə hakimiyyətə gəlməsindən sonra Tehranla münasibətlərdə gərginlik hiss olunmur. Bu dəfə isə "Taliban” hökuməti Məzari-Şərifdəki İran konsulluğuna daxil olsa da, oradakı konsulluq əməkdaşları ilə mədəni olub. Həmçinin, İranla "Taliban” hökuməti ticari əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə ediblər. Yəni onlar arasında əlaqələr müsbət atmosferdədir. Tehranla "Taliban” hələlik yola gedirlər. İran sadəcə olaraq, başqa ölkələr kimi, hələlik "Taliban” hökumətini rəsmən tanımır”. 

Həmsöhbətimizə görə, sərhəddə baş verən olay böyük ehtimalla narkotik qaçaqmalçılığı ilə bağlıdır: 

"Sərhəddə baş verən insidentə gəldikdə, baş verən olayı "Taliban” hökuməti, eyni zamanda Tehran da pisləyir. Bu mənada olayın böyüyüb hansısa ciddi münaqişəyə gətirib çıxaracağı ehtimalı azdır. Sərhəddə yaranan insident isə entimal ki, narkotik və başqa malların qaçaqmalçılığı ilə bağlı olaraq baş verib. İran-Əfqanıstan sərhədi o qədər də ciddi şəkildə mühafizə olunmur. Belə ki, Əfqanıstandan narkotik qaçaqmalçılığı əsasən İran ərazisindən ötürülür. 
Yalnız Əfqanıstanda fəaliyyət göstərən İŞİD-in Xorasan qolu gələcəkdə bu ölkə istiqamətindən İrana qarşı hansısa əməliyyatlara başlaya bilər”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->