Xəbər lenti

İran İraqdan 1,1 trilyon dollar tələb edir
Dünya 18:01 18.08.2018

İran İraqdan 1,1 trilyon dollar tələb edir

İran İraqdan "müharibə təzminatı" tələb edir.

Qaynarinfo xəbər verir ki, İran Məclisi xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədri Həşmətullah Fəlahətpişə İraqın təzminat ödəməli və buna qadir olduğunu bildirib.

Qeyd edək ki, ötən həftə millət vəkili Mahmud Sadiqi məsələni gündəmə gətirmiş, İraqın İrana 1,1 trilyon dollar borcu olduğunu demişdi. Bildirilir ki, BMT-nin 598 saylı qərarına görə, müharibə təzminatı ödənməlidir. İran İraq xalqının düşdüyü vəziyyəti nəzərə alaraq borcu təxirə salıb.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->