Siyasət 16:15 12.06.2013

İran mallarına qadağa qoyuldu

Küveytdə bir neçə supermarketlər şəbəkəsi İran mallarının satışına qadağa qoyub. 

Qaynar.info-nun məlumatına görə, buna səbəb isə İranın Bəşər Əsəd rejiminə dəstəyi davam etdirməsidir. 

Boykot aksiyasına 50-yə yaxın supermarketlər şəbəsi qoşulub. Onlar ümid edirlər ki, digər şirkətlər də bu aksiyaya qoşulacaqlar. 

Qadağalar 1200-ə yaxın İran mallarını əhatə edir ki, bunların da içərisində balıq və digər ərzaq məhsulları üstünlük təşkil edir. 

Qaynar.info