İran-Pakistan sərhədində silahlı insident baş verib. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bunu İran Sərhəd Qoşunları komandanının müavini, general Əhməd Qəravənd bildirib. O deyib ki, İranın cənub-şərqində yerləşən Səravan şəhərinin 167 nömrəli sərhəd-keçid məntəqəsinə təkrar hücum zərərsizləşdirilib: “Bir neçə gün əvvəl terrorçular 167 həmin posta təkrar hücum etmək qərarına gəlmişdilər. Ancaq İran sərhədçiləri onları bombaları quraşdırdıqları zaman müəyyənləşdiriblər. Nəticədə tərəflər arasında toqquşma baş verib. Terrorçular geri çəkilməyə məcbur qalıblar. Ümumiyyətlə, Səravan hadisəsindən bəri hər gecə iki dəfə sərhədlərdə silahlı toqquşma baş verir”.
Ə.Qəravənd Pakistan Sərhəd Qoşunlarını və hökumətini də sərt tənqid edib: “Pakistan hökuməti sərhədlərinə tam nəzarət etmir. Terrorçular bu ölkə ərazisindən İrana hücum edirlər”
Qaynar.info
Şərhlər