Tehranda polisi keçirdiyi əməliyyat nəticəsində minlərlə tibbi maska aşkar edib.
Qaynarinfo İrna agentliyinə istinadən xəbər verir ki, polis bəzi şəxsərin koronavirus təhlükəsindən istifadə edərək, qanunsuz yolla tibbi maskaları ələ keçirib, satmaq istəyən şəxsləri saxlayıb.
Axtarışlar zamanı isə 5,5 milyondan çox tibbi maska aşkar edilərək götürülüb.
Hadisəylə bağlı 3 şübhəli nəzarətə götürülüb. 3 fabrik bağlanıb.
Qeyd edək ki, İranda koronavirusun yayılmasına görə, tibbi maskalara böyük tələbat yaranıb.
Şərhlər