İran xarici işlər nazirliyi ötən gün ölkədə həyata keçirilən terror hücumundan sonra Hollandiya, Danimarka səfirlərini və İngiltərənin səfirlik nümayəndəsini nazirliyə çağırılıb.
Qaynarinfo xəbər verir ki, xarici işlər nazirliyinin sözçüsü Bəhram Qasımi terror aktını törədən qruplaşmaların bu ölkələrdə yerləşməsinə icazə verildiyini bildirərək Hollandiya, Danimarka və İngiltərəyə İranın etirazının təqdim edildiyini açıqlayıb.
Qeyd edək ki, ötən gün Əhvaz şəhərində keçirilən hərbi paradda törədilən terakt zamanı 28 nəfər öldürülüb.
Gülşən
Şərhlər