İranda xarici mesajlaşma tətbiqetmələrinə dövlət idarələrində qadağa qoyulub.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə prezidentin strateji idarə mərkəzinin rəhbəri Rza Cəvahəri məlumat verib. Yerli mesajlaşma tətbiqetmələrinə keçid nəzərdə tutulur. İranda məşhur olan "Telegram" sosial şəbəkəsinin bağlanması bir müddətdir gündəmdədir. Bu addımın milli maraqları qorumaq və yerli tətbiqetmələri dəstəkləmək məqsədi daşıdığı bildirilir.
Qeyd edək ki, "Soroush" adlı yerli mesajlaşma xidmətinin istifadəyə veriləcəyi gündəmdədir.
Gülşən
Şərhlər