Siyasət 18:14 21.11.2020

İran XİN başçısının Azərbaycan səfəri təxirə salındı

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin noyabrın 23-24-də baş tutmalı olan Azərbaycana və Rusiyaya səfərləri təxirə salınıb.

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə bildirib.

"Zərifin Moskva və Bakıya səfərinin təxirə salınması hökumətin büdcə iclasları ilə bağlıdır. Belə iclaslarda bütün nazirlərin iştirakı mütləqdir”, - o vurğulayıb.