Xəbər lenti

İran XİN-dən - AÇIQLAMA
Dünya 19:18 24.09.2013

İran XİN-dən - AÇIQLAMA



"Həsən Ruhaninin ABŞ-a səfəri İranın sülh mesajının bütün dünyaya çatdırılması məqsədi daşıyır"


“Həsən Ruhaninin ABŞ-a səfəri İran xalqının sülh mesajının bütün dünyaya çatdırılması məqsədi daşıyır”. APA-nın İran mətbuatına istinadən məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm bu gün yerli və xarici jurnalistlər üçün keçirdiyi həftəlik mətbuat konfransında bildirib.
 
Onun sözlərinə görə, İran prezidenti BMT Baş Assambleyasının 68-ci sessiyasında ölkəsinin bölgə və qlobal məsələlərlə bağlı fikrini bəyan edəcək.
 
İran XİN rəhbəri deyib ki, Nyu-Yorkda İran və ABŞ prezidentləri, həmçinin xarici işlər nazirləri arasında hansısa bir görüşün keçirilməsi üçün proqram yoxdur.
 
M.Əfxəm İran və Böyük Britaniya xarici işlər nazirləri arasında keçirilmiş görüşə də toxunub: “Görüş konstruktiv olub. Tərəflər iki ölkə arasındakı əlaqələr başda olmaqla Suriyadakı böhranla bağlı mövqelərini açıqlayıblar, həmçinin bölgədəki proseslərlə bağlı İranın mövqeyi izah edib. İran XİN rəhbəri Suriya məsələsinin siyasi yolla həll edilməsinin zəruriliyini bildirib. Eyni zamanda Məhəmməd Cavad Zərif Suriyanın taleyinin bu ölkə xalqının əli ilə təyin olunmasının labüdlüyünü vurğulayıb. Bu görüş irəliyə doğru bir addımdır”.
 
İran XİN rəhbəri deyib ki, rəsmi Tehranla “altılıq” ölkələri arasında sentyabrın 26-da keçiriləcək görüşü yaxın gələcəkdə başlayacaq nüvə müzakirələrinin başlanğıcı kimi qiymətləndirib.
 
M.Əfxəm İranın ölkə daxilində uranın zənginləşdirilməsi və sülh məqsədli nüvə enerjisindən yararlanmaq məsələsində fikirlərini açıq şəkildə ifadə edib: “Qarşı tərəfin ciddi siyasi iradəyə malik olmasını ümid edirik”.


Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->