İranda geyim qadağasına etiraz etmək üçün baş örtüklərini çıxaran 29 qadın həbs olunub.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, "Ağ çərşənbə" adı verilən kampaniya çərçivəsində onlarla qadın yaylığını çıxararaq İranda geyim qaydalarını pozub.
Tehran polisindən verilən açıqlamada həmin qadınlar "aldadılmış şəxslər" olaraq qeyd edilib və saxlanılanların məhkəmə orqanlarına göndərildiyi bildirilib.
Qeyd edək ki, İranda qadınların yaylıq bağlaması məcburidir və bu qaydanı pozanlara ya pul cəzası tətbiq edilir, ya da həbs olunurlar.
Şərhlər