İranda ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinə casusluqda ittiham edilən şəxsə edam cəzası verilib.
Qaynarinfo xəbər verir ki, bu barədə İran Ali Məhkəməsinin sözçüsü Qulam Hüseyni məlumat verib. Həmin şəxsin dövlət və hərbi təşkilatlardan məlumat əldə edərək ABŞ-a ötürdüyü bildirilir.
ABŞ üçün casusluq edən Əli Nəfriyə və Məhəmməd Babapura 10 il həbs, 55 min dollar pul cəzası, İngiltərə üçün çalışan Əmir Nəsəbə isə 10 il həbs cəzası verilib.
Gülşən
Şərhlər