İran Səhiyyə Nazirliyi gənclər arasında spirtli içkidən istifadə hallarının artması barədə xəbərdarlıq edir.
Bu barədə Trend ISNA agentliyinə istinadən məlumat verir.
Nazirliyin Psixi sağlamlıq departamentinin rəhbəri Abbas Əli Nasehi bildirib ki, bu il alkoqoldan sui-istifadə problemi nazirlik üçün prioritet olacaq.
Onun sözlərinə görə, bu problemlə mübarizədə ciddi tədbirlər görülməli və əhali alkoqoldan sui-istifadə zamanı yarana biləcək problemlər barədə məlumatlandırılmalıdır.
Nasehi, həmçinin ev şəraitində spirtli içki hazırlayanlara da xəbərdarlıq edib.
"Spirtli içkilərin lazimı qədər distillə olunmaması insanlara ziyan verir və ev şəraitində hazırlanan spirtli içkilərdə etanolun əvəzinə metanoldan istifadə olunduğundan, bu, zəhərlənməyə də gətirib çıxara bilər. Bu toksin korluğa da səbəb ola bilər", - o bildirib.
2012-ci ilin statistikasına görə, İranda təxminən 200 minə yaxın insan içki düşkünüdür.
Qaynar.info
Şərhlər