İranda daha bir yüksək vəzifəli şəxs koronavirusa yoluxdu

İranda daha bir yüksək vəzifəli şəxs koronavirusa yoluxdu

İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Müctəba Zünnur da koronavirusa yoluxub.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə komissiyas sədrinin özü məlumat verib. Qum şəhərinin millət vəkili olan Zünnur yayımladığı videoda testlərin müsbət çıxdığını və hazırda karantin altında olduğunu bildirib. O, həmçinin bildirib ki, virus yayılsa da narahatlığa ehtiyac yoxdur və bunun da öhdəsindən gələcəklər.

Qeyd edək ki, bundan öncə İran səhiyyə nazirinin müavini İrəç Hərirçi, hökumət sözçüsü Əli Rəbii və millət vəkili Mahmud Sadiqi də koronavirusa yoluxub. Ölkədə virus səbəbindən 22 nəfər ölüb, 141 nəfər isə epidemiyaya yoluxub.

Camal
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR