Xəbər lenti

Prokurorluqdan Nuranənin ölümü ilə bağlı açıqlama
Ölkə11:25 08.07.2025

Prokurorluqdan Nuranənin ölümü ilə bağlı açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Baş Prokurorluq dünən Siyəzəndə 36 yaşlı qadının paraşütlə atlanarkən yıxılaraq ölməsi faktı ilə bağlı açıqlama yayıb.
Qaynarinfo qurumun Mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 7-si Bakı sakini 1989-cu il təvəllüdlü Nuranə Məcidovanın Siyəzən rayonu Zarat kəndində yerləşən "Beşbarmaq” piri adlanan ərazidə dağdan paraşüt vasitəsilə atlanarkən yıxılaraq ölməsi faktı üzrə Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.
Hadisənin baş vermə səbəbi tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.