Xəbər lenti

Adil Kərimlidən yeni təyinat
Ölkə13:03 08.07.2025

Adil Kərimlidən yeni təyinat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinə yeni müdir təyinatı olub.
"Report”un əldə etdiyi məlumata görə, bu posta Vasif Qurbanzadə təyin edilib.
Mədəniyyət Nazirliyindən "təyinat xəbərini təsdiqləyiblər: "Bununla bağlı mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb".
Vasif Qurbanzadə bu vəzifədə Akif Maariflini əvəz edib. O bundan öncə nazirliyin Dağlıq Şirvan Regional İdarəsində rəis kimi çalışıb.
Akif Maarifli isə bir müddət öncə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə rəhbər təyinatı alıb.