Xəbər lenti

İranda tanınmış azərbaycanlı həbs edildi
Dünya 10:26 07.08.2013

İranda tanınmış azərbaycanlı həbs edildi

İranda tanınmış azərbaycanlı fəal həbs edilib.

APA-nın AZOH-a istinadən verdiyi məlumata görə, mühəndis Həsən Rəhimi avqustun 6-da günortadan sonra iş yerində tutulub. 

Hazırda onun harada saxlanıldığı və həbsinin səbəbləri barədə heç bir məlumat yoxdur.

Qeyd edək ki, H.Rəhimi İran təhlükəsizlik qüvvələri tərəfindən dəfələrlə təqib və təzyiqlərə məruz qalıb. Azərbaycanlı fəal bundan əvvəl 2008-ci ilin avqustunda Tehran şəhərində iftar mərasimində 20 nəfərlə birlikdə həbs edilib.

H. Rəhimi Tehran Evin həbsxanasında 40 gün təkadamlıq kamerada saxlanılıb. Bundan başqa, azərbaycanlı fəal 2010-cu ilin sentyabrında Yeni GAMOH təşkilatının üzvlərinin və tərəfdarlarının kütləvi həbsi zamanı da tutulub. H. Rəhimi 77 gün təkadamlıq kamerada saxlanılaraq sorğu-suala çəkilib.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->