İranda uranın zənginləşdirilməsi üçün daha bir addım atıldı

İranda uranın zənginləşdirilməsi üçün daha bir addım atıldı

İranda inkişaf etmiş sentrifuqlar istismara verilib, bunun sayəsində uranın zənginləşdirilməsi prosesini gücləndirmək mümkün olacaq. 

Qaynarinfo xəbər verir ki, bu sözləri İslam respublikasının prezidenti Həsən Ruhani 164 IR6 sentrifuq zəncirinin istehsalda 10 qat artım təmin edə biləcəyindən danışarkən deyib.

Buraxılış Natanz nüvə müəssisəsində həyata keçirilib. Eyni zamanda Ruhani İranın nüvə proqramının yalnız sülh məqsədli atom inkişaf etdirdiyini təkrar edib.
Onun sözlərinə görə, İran qanunları bütövlükdə cəmiyyət üçün ciddi təhlükə yarada biləcək silahların istehsalını qadağan edir.
 
Alpər
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR