İrandan ABŞ açıqlaması:

İrandan ABŞ açıqlaması: "Diplomatik həll yolu artıq mümkünsüzdür"

İran ABŞ-ın ölkənin dini lideri Ayətullah Əli Xamenei və XİN başçısı Cavad Zərifi hədəf alan sanksiya qərarına münasibət bildirib.

Qaynarinfo xəbər verir ki, XİN sözçüsü Abbas Musəvi iki ölkə arasındakı problemin diplomatik həll yolunu artıq mümkünsüz adlandırıb.

İran prezident Həsən Ruhani isə ABŞ-ın bu addımının prezident Donald Trampın çarəsizliyini göstərdiyini deyib. Ruhani həmçinin rəsmi Vaşinqtonun danışıqlar barədə təklifini yalan adlandırıb və əqli gerilikdən əziyyət çəkdiyini bildirib.

Gülşən

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR